Hicabdan istifadə dünyəvilik prinsipi ilə heç bir ziddiyyət təşkil etmir. Dünyəvi dövlət dedikdə dövlət idarəçiliyinin şəriət qanunları ilə deyil, Konstitusiya və qanunlar əsasında həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiyasında isə vicdan və etiqad azadlığı, eləcə də təhsil alma hüququ təsbit olunub.
Dini inanclı insanların narahatlığına səbəb olan məsələ vahid məktəbli geyimi deyil, məhz vahid məktəbli geyimi məsələsindən əlavə, hicaba qadağanın da müzakirə olunmasıdır.
Vahid məktəbli geyiminin mahiyyəti ondan ibarətdir ki, köynək, gödəkçə, şalvar və yubka kimi geyim elementləri hər məktəbin müəyyən etdiyi vahid üsluba uyğun olsun. Bunun əsas məqsədlərindən biri şagirdlər arasında sosial və psixoloji fərqlərin geyim vasitəsilə nümayiş etdirilməsinin qarşısını almaqdır.
Məsələn, bir şagirdin maddi imkanı genişdir və məktəbə bahalı gödəkçə ilə gəlir, digərinin isə maddi imkanı məhduddur və 20 manatlıq gödəkçə geyinir. Eyni hal digər geyim elementlərinə bahalı saat, bilərzik, boyunbağı və digər aksesuarlara da aid edilə bilər.
Lakin bu meyarların heç birini hicaba aid etmək doğru deyil. Çünki hicab şagirdin maddi imkanını, sosial statusunu və ya varlı-kasıb olduğunu nümayiş etdirən geyim elementi deyil. Hicab dini inancın ifadəsi ilə bağlıdır və onun sosial bərabərliyə zidd olması barədə əsaslı arqument ortaya qoymaq çətindir.
Əlbəttə, məktəb vahid geyim siyasəti çərçivəsində hicabın rəngi və ya forması ilə bağlı müəyyən qaydalar müəyyən edə bilər. Məsələn, məktəbin ümumi geyim standartına uyğun olaraq hicabın müəyyən rəngdə olması tələb oluna bilər. Lakin bu, hicabın tamamilə qadağan edilməsindən fərqli məsələdir.
Digər tərəfdən, hüquqi və tolerant bir ölkədə belə həssas məsələlərin müzakirəsi cəmiyyətin dini inancları və dövlət-din münasibətləri nəzərə alınmaqla aparılmalıdır. Xüsusilə də dövlət rəhbərliyi tərəfindən müsəlmanların bərabər hüquqlara malik olduğu və onların hüquqlarının qorunacağı ilə bağlı verilmiş mesajlar fonunda bu cür məsələlərin dini inanclı insanların narahatlığına səbəb olacaq şəkildə gündəmə gətirilməsi yolverilməzdir.
Türkiyə də vaxtilə məktəblərdə və dövlət qurumlarında hicabla bağlı ciddi müzakirə və məhdudiyyətlər yaşayıb. Sonrakı dövrdə bu məsələ ilə bağlı müxtəlif hüquqi və ictimai dəyişikliklər həyata keçirildi.
Azərbaycan əhalisinin böyük əksəriyyətinin özünü müsəlman kimi tanıdığı bir cəmiyyətdə dini inancını baş örtüyü ilə ifadə edən bir şəxsin məhz hicabına görə təhsil alma imkanının məhdudlaşdırılması ciddi sosial həssaslıq yarada bilər.
Qeyri müsəlman xristiyan dünyəvi ölkələrindən Rusya, Gürcüstan, Almanya, Norveç, İsveç və s. Ölkələrdə bu qadağa dünyəvilik arqomenti ilə tətbiq edilmir.
Qloballaşan, islamofob meyillərin və radikallaşma risklərinin müzakirə olunduğu bir dövrdə belə həssas məsələlərə daha diqqətli və incə yanaşmaq lazımdır. Səbirli, təmkinli və empatik mövqe nümayiş etdirmək, cəmiyyətdə qarşıdurma yaratmaq əvəzinə problemlərin həlli yollarını tapmaq daha məqsədəuyğundur.
Dövlət-din münasibətlərinə xələl gətirə biləcək məsələlərin qarşısının alınması, hüquqlarının qorunması və cəmiyyətdə qarşılıqlı hörmət mühitinin saxlanılması mühüm əhəmiyyət daşıyır.
Ümid edirik ki, mövcud narahatlıqlar və problemlər qarşılıqlı anlaşma, dialoq və hüquqi prinsiplər əsasında tezliklə öz həllini tapacaq.
İlahiyyatçı Seyyid Şəhadət
Hicabdan istifadə dünyəviliklə ziddiyyət təşkil etmir

Oxşar xəbərlər