ABŞ İrana qarşı hərbi əməliyyata 45,1 milyard dollar xərcləyib

CNN xəbər verir ki, bu, Pentaqonun Konqresə təqdim etdiyi hesabatda ABŞ-ın müharibə  xərci “3 sentyabr tarixinə olan məlumata görə, xərclər 43,6 milyard dollar, üstəgəl yanacaq üçün əlavə 1,5 milyard dollar təşkil edib".

Bu qiymətləndirmə natamamdır, çünki ora regionda zədələnmiş bazaların təmiri xərcləri daxil deyil; hərbi əməliyyatların dolayı xərcləri barədə də ətraflı məlumat yoxdur. Halbuki Konqres üzvləri əvvəlcədən bu cür xərclərin də hesabata daxil edilməsini istəmişdilər.

Bu arada, Pentaqonun qiymətləndirmələri artıq Konqresin Büdcə İdarəsinin 38 milyard dollarlıq xərc proqnozlarını üstələyir. İyul ayında Pentaqon müharibənin dəyərini 37,5 milyard dollar olaraq qiymətləndirmişdi.

Büdcə İdarəsinin hesablamalarına görə, döyüşlər nisbətən aşağı intensivliklə davam edərsə, hər əlavə münaqişə ayı təxminən 2-3 milyard dollara başa gələ bilər. Eskalasiya halında aylıq xərclər arta bilər.