Ayətullah Vəhid Xorasani xəstəxanadan evə buraxıldı

Böyük təqlid müctəhidi Ayətullah Vahid Xorasani həkim nəzarətindən sonra xəstəxanadan buraxılaraq evinə qayıdıb. Bu barədə onun dəftərxanasının yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim

Allahummə səlli əla Fatimətə və əbiha və bə’liha və bəniha vəs-sirril-mustəvdə’i fiha bi’ədədi ma əhatə bihi ilmuk

Həzrət Ayətullahül-Üzma Vəhid Xorasaninin xəstəxanaya yerləşdirilməsindən sonra ölkə daxilində və xaricdə yaşayan çoxsaylı möminlər və onun müqəllidləri dualar edərək, təvəssül məclisləri quraraq, xüsusən də bu günlərdə Həzrət Siddiqeyi-Kübraya (s.ə) təvəssül edərək Uca Allahdan şəfa dilədilər.

Allahın sonsuz lütfü və rəhməti, Əhli-beytin (ə) diqqəti və bu duaların bərəkəti sayəsində cənabları tibbi müayinələrdən sonra xəstəxanadan buraxılmış və evinə qayıtmışdır.

Duaları, təvəssülləri, telefon zəngləri, mesajları və ya başçəkmək istəkləri ilə sevgilərini bildirən, hal-əhval tutan bütün möminlərə, müqəllidlərə, dövlət xadimlərinə və bütün əzizlərimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Allahdan Həzrət Vəliyyi-Əsrin (ə.f) diqqəti kölgəsində hamı üçün sağlamlıq, rifah və xeyirli aqibət, bütün xəstələrə isə təcili və tam şəfa diləyirik.

Həmçinin həkimlərin, tibb bacılarının, tibb personalının və xəstəxana əməkdaşlarının zəhmətini səmimi qəlbdən yüksək qiymətləndirir, Kərim olan Allahdan bu əzizlər üçün böyük əcr, sağlamlıq, izzət və bol müvəffəqiyyətlər arzulayırıq.

Yenə də bütün möminlərdən cənablarını xeyir dualarında unutmamalarını və Mütəal Allahdan onun sağlamlığının və rifahının davamlı olmasını diləmələrini xahiş edirik”.