İraq Kürdüstanındakı Xor Mor qaz yatağına dron hücumundan sonra orada qaz hasilatı dayandırılıb.
Dron maye qaz saxlama çəninə dəyib və yanğına səbəb olub.
İraqın Baş naziri Əli əl-Zeydi bildirib ki, ilkin hesablamalara görə, hücumda insan itkisi qeydə alınmayıb. Yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıb.
Qeyd edək ki, Xor Mor yatağı İraq Kürdüstanındakı elektrik stansiyalarının yanacaq təchizatında əsas rol oynayır. Yataqda qaz hasilatı əvvəllər iyul ayında təhlükəsizlik təhdidləri və bölgədəki gərginlik səbəbindən dayandırılmışdı.
Xor-Mor dünən naməlum dronların hücumuna məruz qalıb. Hücumun İraq Kürdüstanında İran hakimiyyəti ilə konfliktdə olan kürd birləşmələrinə qarşı yönəldiyi güman edilir.
İraq Kürdüstanında qaz yatağına dron hücumu: Hasilat dayandırıldı