İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi noyabrın 9-da Tehranda mətbuat konfransında deyib ki, Azərbaycanın Tehrandakı səfiri nazirliyə dəvət olunub və 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsinə etiraz ona çatdırılıb. “Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, - deyə o bildirib.
Bəqayinin sözlərinə görə, belə qərarın mənası yoxdur: “Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”.
Siyahını noyabrın 3-də APA agentliyi yayıb. Agentliyin yazdığına görə, siyahıda iki ayətullah və digər din xadimləri, İran parlamentinin hazırkı və keçmiş deputatları, politoloqlar, alimlər, bir qəzetin baş redaktoru, Ali Mədəni İnqilab Şurasının katibi, aktyor və televiziya aparıcısı var. APA onların Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdiyini, təhqiramiz bəyanatlar verdiyini və ölkədə hakimiyyətin zorla dəyişdirilməsinə çağırdığını yazıb, qərarı hansı qurumun verdiyini isə göstərməyib.
Azərbaycan İranla gərginlik dövründə belə addımı əvvəl də atıb: 2023-cü ilin aprelində Azərbaycan İran səfirliyinin dörd əməkdaşını “arzuolunmaz şəxs” elan etmişdi. Noyabrın əvvəlində isə İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı Naxçıvanla birləşdirməli olan “Tramp marşrutu”na görə ABŞ-ni və Ermənistanı hədələmişdi.
İran Xarici İşlər Nazirliyi: 14 iranlının “arzuolunmaz şəxs” elan edilməsinə görə Azərbaycanın səfirinə etiraz bildirmişik

Oxşar xəbərlər