Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin “Comstock Resources” şirkəti ilə 1,65 milyard dollar dəyərində qaz hasilatı və nəqli aktivlərinin alınmasına dair yekun müqavilə imzalayıb. Razılaşmaya əsasən, SOCAR bir neçə layihədə pay sahibi olsa da, onların idarə edilməsində iştirak etməyəcək.
Müqavilə noyabrın 4-də imzalanıb. Bu barədə “Comstock Resources” şirkətinin açıqlamasında məlumat verilib.
Sənədə əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” qaz hasilatı aktivlərindəki payının 20 faizini, “Western Haynesville” layihəsindəki payının isə 15 faizini əldə edəcək.
Azərbaycan şirkəti, həmçinin qazın nəqli və emalı sahəsində fəaliyyət göstərən “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizini alacaq.
Sövdələşmənin ümumi dəyəri 1,65 milyard ABŞ dollarıdır. Yekun məbləğ müqavilədə nəzərdə tutulan standart qiymət düzəlişlərindən asılı olaraq dəyişə bilər.
Müqavilənin şərtlərinə görə, SOCAR-ın “Western Haynesville” layihəsindəki payı daimi olmayacaq. Beş il keçdikdən və Azərbaycan şirkətinin həmin aktivlərə yatırdığı sərmayənin gəlirliliyi 15 faizə çatdıqdan sonra pay 15 faizdən 7,5 faizə endiriləcək.
Əməliyyat başa çatdıqdan sonra da layihələrin operatoru “Comstock” olacaq. ABŞ şirkəti “Pinnacle Gas Services”in idarə edilməsini və əməliyyat nəzarətini də özündə saxlayacaq. Beləliklə, SOCAR aktivlərdə azlıq payları əldə etsə də, onların idarəçiliyinə nəzarət etməyəcək.
Müqavilənin qüvvədə olacağı başlanğıc tarix 2026-cı il iyulun 1-i müəyyən edilib. Bununla belə, sövdələşmə hələ tamamlanmayıb. Tərəflər zəruri dövlət təsdiqləri və digər hüquqi prosedurlar başa çatdıqdan sonra əməliyyatı ilin sonunadək yekunlaşdırmağı planlaşdırırlar.
“Comstock” SOCAR-la razılaşma hesabına borcunu 1,6 milyard dollar azaltmağı planlaşdırır.
Şirkətin sentyabrda açıqladığı hesablamalara görə, iyunun 30-na 3,1 milyard dollar olan xalis borcun sövdələşmədən sonra təxminən 1,5 milyard dollara enəcəyi gözlənilir. Bu, borcun təxminən 52 faiz azalması deməkdir.
“Comstock”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Cey Allison bildirib ki, razılaşma şirkətin borc yükünü azaltmaqla yanaşı, “Western Haynesville” layihəsinin inkişafını maliyyələşdirməyə imkan verəcək.
SOCAR prezidenti Rövşən Nəcəf isə tərəfdaşlığın iki şirkətin imkanlarını birləşdirəcəyini və uzunmüddətli əməkdaşlığa şərait yaradacağını deyib.
SOCAR sövdələşmənin maliyyələşdirilməsi üçün tədbirlərin planlaşdırıldığını bildirsə də, 1,65 milyard dolların hansı mənbədən və hansı şərtlərlə cəlb ediləcəyini açıqlamayıb.
Sentyabrın 1-də SOCAR və “Comstock” arasında strateji tərəfdaşlığa dair niyyət məktubu imzalanmışdı. Sentyabrın 28-də isə tərəflər çərçivə sazişi bağlamışdılar.
İlkin plana əsasən, yekun alqı-satqı müqaviləsinin oktyabrın 31-dək imzalanması nəzərdə tutulurdu. Sənəd həmin tarixdən dörd gün sonra imzalanıb.
Tərəfdaşlıq çərçivəsində “Comstock”un hasil etdiyi təbii qazın beynəlxalq bazarlara çıxarılması istiqamətində də əməkdaşlıq nəzərdə tutulur.
SOCAR ABŞ-də qaz layihələrinə 1,65 milyard dollar yatırır, idarəetmə hüququ olmayacaq