Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
AXCP-dən Meydan TV-yə verilən məlumata görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs edildiyini bildirib.
Partiya deyir ki, o, sosial şəbəkədəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib.
Həmin maddə internetdə yayılması qanunla qadağan edilmiş məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu əmələ görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna, bəzi hallarda isə bir ayadək inzibati həbs edilə bilərlər.
AXCP-nin məlumatına görə, ixtisasca diş həkimi olan Elnur Yusubov partiyanın Sabunçu rayon şöbəsinin sədri vəzifəsinə yeni seçilib və sosial şəbəkələrdə tənqidi məzmunlu paylaşımlar edirdi.
Onun konkret olaraq hansı paylaşımına görə həbs edildiyi açıqlanmayıb.
AXCP Sabunçu rayon şöbəsinin sədri 30 sutka müddətinə inzibati qaydada həbs olunub

Oxşar xəbərlər