Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli ölkədən çıxışına qadağanın götürüldüyünü açıqlayıb.
Bu barədə "Azadlıq.org" məlumat yayıb.
Məlumata görə iyulun 24-də Ayaz Məhərrəmliyə bu barədə Ombudsman Aparatından zəng edərək xəbər veriblər:
Ombudsman Aparatının əməkdaşı məsələmlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlandığını və ölkədən çıxışıma qadağanın götürüldüyünü dedi».
Ayaz Məhərrəmli artıq iyulun 25-də sərhəddən ölkə xaricinə sərbəst keçə bildiyini əlavə deyib.
Artıq bir ildən çoxdur ki, Ayaz Məhərrəmlinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
AXCP üzvünün ölkədən çıxışına qoyulan qadağa götürülüb
Oxşar xəbərlər