Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov 6 saylı koloniyada qeyri-insani rəftara məruz qalır. Bu barədə onun qardaşı Cavid Həsənli ötən gün ona baş çəkdikdən sonra bildirib.
Xəbər verildiyi kimi, B.Həsənov 1 saylı Bakı Təcridxanasından 6 saylı koloniyaya köçürüldükdən sonra işgəncələrə məruz qalıb və karserə salınıb. Bu məlumatları yoxlamaq üçün onun qardaşı mayın 19-da koloniyaya gedib. Koloniyanın rəis müavini onu inandırmağa çalışıb ki, narahatlığa əsas yoxdur və işgəncələr barədə məlumatlar doğru deyil.
"Belə olduğu halda, biz Babəklə görüş istədik ki, bu haqda onun özündən eşidək", -C.Həsənli deyib.
Qardaşı bildirib ki, fiziki təzyiq olmayıb, amma qeyri-insani rəftar halları olub. "Babək dedi ki, koloniyaya gəldikdən 4 saat sonra onu karserə salıblar. İradəsinə zidd olaraq saçını kəsiblər. Halbuki, təcridxanadan gəldiyində saçı məhbuslar üçün nəzərdə tutulduğu kimi idi. Onun sözlərinə görə, məhbusu soyundurublar və alçaldıcı hərəkətlər ediblər. "Yoxlama bəhanəsilə Babəki soyundurublar və əlləri başının arxasında dayanmağa məcbur ediblər. Belə vəziyyətdə oturub-qalxmağa məcbur ediblər. O tabe olmadıqda operativ şöbənin rəisi onu işgəncə ilə hədələyib",- C.Həsənli bildirib.
Sonra Babəki koloniyanın rəisi Məmməd Mahmudovun yanına aparıblar. O, məhbusu tanıyıb. B.Həsənov 2011-ci il 2 aprel mitinqində iştiraka görə bir il yarım müddətinə həbs olunmuşdu və o zaman M.Mahmudovun rəis olduğu 16 saylı koloniyada cəza çəkmişdi.
"Koloniya rəisi ilə söhbətdən sonra Babəki yenidən operativ şöbə rəisinin yanına aparıblar. O, Babəki yarıtikilmiş binaya aparıb, orada onu daş parçalarını bir yerdən o biri yerə daşımağa məcbur ediblər. Ona bildiriblər ki, hər məhbus 4 kubik aparmalıdır. Babək deyib ki, onun onurğa problemi var və ikinci qrup Qarabağ müharibəsi əlilidir. Lakin onu döyüləcəyi ilə hədələyiblər və o tabe olmağa məcbur olub", - məhbusun qardaşı deyib.
Öz növbəsində Penitensiar Xidmət B.Həsənovun karserə salınmasını və onunla qeyri-insani rəftarı təkzib edib. İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovun sözlərinə görə, hər məhbus koloniyaya gəldiyində karantində saxlanılır. Bu müddətdə ona daxili qaydalar, məhbusların hüquqları və öhdəliklərini izah edirlər. Odur ki, B.Həsənovu karserdə yox, karantində saxlayıblar.
Soyunma məsələsinə gəlincə, hər məhbus gəldiyində onu yoxlayırlar, şəxsi əşyalarına, saçının vəziyyətinin normaya uyğun olub-olmamasına baxırlar. Daş daşımağa gəlincə, daxili qaydalara görə, məhbusları abadlıq, təmizlik işlərinə cəlb edə bilərlər və burada qanunsuz heç nə yoxdur, Penitensiar Xidmətin nümayəndəsi bildirib.
Xatırladaq ki, Babək Həsənov ötən ilin mayında AXCP-nin qanunsuz maliyyələşdirilməsi işi üzrə həbs olunub. Məhkəmə onu üç il müddətə azadlıqdan məhrum edib.
Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Oxşar xəbərlər