ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Savanna-River nüvə kompleksinin ərazisindəki milli laboratoriyada radioaktiv maddələrin sızması ilə nəticələnən yanğın baş verib.
Bu barədə kompleksin rəhbərliyi məlumat yayıb.
Administrasiyanın açıqlamasında bildirilib ki, hazırda kompleksin ərazisindən kənarda hər hansı fəsadın yarandığını göstərən əlamət yoxdur. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.
Məlumata görə, yanğın laboratoriyanın otaqlarından birində qeydə alınıb. Telekanalın istinad etdiyi məlumatda radioaktiv maddələrin yer səviyyəsində filtrlənmədən ətraf mühitə yayıldığı bildirilib. Yanğının artıq söndürüldüyü vurğulanıb.
Təhlükəsizlik məqsədilə kompleksdə fövqəladə vəziyyət rejimi çərşənbə günü yerli vaxtla saat 17:39-da elan edilib. Bakı vaxtı ilə bu, cümə axşamına keçən gecə saat 01:39-a təsadüf edib. Tədbirlər çərçivəsində əraziyə giriş məhdudlaşdırılıb, həmçinin yaxınlıqdakı dəmir yolu, çay və hava nəqliyyatının hərəkətinə məhdudiyyətlər tətbiq olunub.
ABŞ-də nüvə laboratoriyasında yanğın: Radiasiya sızıntısı baş verib

Oxşar xəbərlər