Birləşmiş Ştatlar BMT Baş Assambleyasının işində iştirak etmək üçün Rusiyanın 18 diplomatına viza verməyib.
RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin bildirib.
"Rusiya nümayəndə heyətinin 18 üzvü viza almayıb. Bu həftə heç bir viza verilməyib", - deyə o bildirib.
Qeyd edilir ki, ABŞ xüsusi halda vizanı Rusiya nümayəndələrinin çıxışlarını tərcümə etməli olan ingilis dili tərcüməçisinə verməyib.
ABŞ Rusiyanın 18 diplomatına BMT-də iştirak üçün viza verməyib
Oxşar xəbərlər