ABŞ Ukrayna ilə rüsumsuz ticarət rejimini bərpa edir

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə rüsumsuz ticarət müqaviləsinin bəzi müddəalarının bərpası ilə bağlı sənəd imzalayıb.
 
"Reuters"əxəbər verir ki, bu barədə Ağ evdən məlumat verilib.
 
Sənəddə qeyd olunur ki, Amerika tərəfi bir daha razılaşmanı və faktları nəzərdən keçirib, habelə Ukraynadakı mövcud vəziyyəti qiymətləndirib və bir sıra mallar üzrə rüsumsuz ticarəti bərpa etmək qərarına gəlib.
 
Rüsumsuz rejim əvvəllər Ukrayna üçün məhdudiyyət qoyulan 36 milyon dollarlıq ticarət güzəştinin üçdə bir hissəsini əhatə edir.
 
Sənədə əsasən, bu qərar 2019-cu il noyabrın 1-dən qüvvəyə minəcək.
 
2017-ci ilin dekabrında D.Tramp Ukraynadan gətirilən bəzi mallar üçün rüsumsuz rejimi dayandırmışdı. O, qərarını Ukraynanın intellektual hüquqlarını kifayət qədər müdafiə etməməsi ilə əsaslandırmışdı.