Zelenskinin inaqurasiya tarixi bəlli oldu

Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi 20 mayda baş tutacaq.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, qərar Ali Radada 315 səslə qəbul edilib.

Qeyd edək ki, V. Zelenski inauqurasiya mərasiminin 19 mayda keçirilməsini təklif etmişdi.