Ukraynanın baş naziri Vladimir Qroysman hökumət başçısı vəzifəsindən istefa verib.
"Report"un xəbərinə görə, bu barədə o, özünün "Facebook" səhifəsindəki videomüraciətində bildirib.
Vladimir Qroysman xələfinə güc və səbir arzulayıb. Siyasətçi vurğulayıb ki, hökumətin işi və ukraynalıların həyatı Ukraynanın gələcək baş nazirindən asılı olacaq.
"Mən böyük dövlətimizin müvəffəqiyyətinin qayğısına qalmağa davam edəcəm", - Qroysman deyib.
Ukraynanın baş naziri istefa verib
Oxşar xəbərlər