Keşmiş prezident vergi qaçaqçılığında ittiham edilir

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko vergidən yayınma iddiası üzrə Dövlət Təhqiqatlar Bürosu (DBR) tərəfindən şahid qismində dindirilib.
 
Azadlıq Radiosu xəbər verir ki, avqustun 12-də iki saatdan çox davam edən dindirilmədən sonra jurnalistlərə danışan Poroşenko müstəntiqlərin suallarını cavablandırmağa hazır olduğunu, ancaq bunu "Pryamiy” (Direct) televiziya kanalının studiyasında etmək istədiyini deyib. Bundan əlavə, yalanı üzə çıxaran testi keçməyə hazır olduğunu bildirib.
 
"Mən DBR və onun rəhbərliyinə etibar etmirəm. İstintaqçıların obyektiv və qərəzsiz olduğuna inanmıram,"- Poroşenko deyib. "Mən "Pryamiy”-in canlı yayımı zamanı poliqraf testindən keçməyə hazıram".
 
Günün əvvəlində DBR direktoru Roman Truba Poroşenkonun növbəti dindirilməsində poliqrafdan istifadə ediləcəyini deyib.
 
Trub həmçinin deyib ki, Poroşenko "Pryamiy” televiziya kanalının satın alınması ilə əlaqəli olduğu iddia edilən vergidən yayınma ittihamı üzrə dindirilib.
 
Bu, Poroşenkonun DBR tərəfindən ikinci dindirilməsi olub.
 
Poroşenko aprel ayında prezident seçkilərini Vladimir Zelenskiyə uduzub.
 
May ayında Zelenskinin andiçmə mərasimindən bir gün sonra, keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin administrasiyasında keçmiş müavin olaraq çalışan Andriy Portnov mühacirətdən Ukraynaya qayıdıb və Poroşenko əleyhinə məhkəmə iddiası qaldırıb. Portnov Poroşenkonu iqtisadi məsələlərdə və qanunsuz olaraq hakimiyyəti əldə saxlamaqda ittiham edir.
 
Poroşenko və partiyası iyul ayında keçirilmiş parlament seçkilərində Avropayönümlü və Rusiya əleyhinə uğurlu seçki kampanyası apararaq, məclisdə 25 yer qazanıb.