Ukraynalı jurnalist 12 illik həbs edildi

Rusiya məhkəməsi ukraynalı jurnalist Roman Sushchenko-nu casusluqda təqsirli bilərək 12 illik həbsə məhkum edib. 
 
"Azadlıq Radiosu"nun xəbərinə görə, iyunun 4-də keçirilən məhkəmədə Moskva Şəhər Məhkəməsi Sushchenko-ya cəzasını ağır rejimli həbsxanada çəkməklə 12 illik cəza kəsib.
 
Ukrinform xəbər agentliyinin Parisdəki müxbiri olan Sushchenko 2016-cı ildə Moskvada saxlanıb, məxfi informasiya toplamaqda şübhəli bilinib.
 
Martda baş tutan məhkəmədə jurnalist özünü təqsirli bilməmişdi.
 
Kiyev, insan haqları fəalları, Qərb hökumətləri Rusiyada bir neçə ukraynalının saxta, siyasi motivli ittihamlarla saxlandığını bildirirlər.
 
Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib, o vaxtdan Ukraynanın şərqindəki separatçıları dəstəkləyir.