Mayın 22-dә Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Beynəlxalq Diaspor Mərkəzinin (BDM) tәşkilatçılığı ilә Rusiyada saxlanan jurnalist Fuad Abbasovla bağlı tədbir keçirilib.
Tədbirdə F.Abbasov ətrafında baş verən hadisələrdən narahatlıq bildirilib. İştirakçıların fikrincə, F.Abbasov Rusiyada yaşayan, ancaq adını çəkmədikləri Azərbaycan əsilli oliqarxın sifarişi ilә saxlanıb.
F.Abbasovun anası Büllur Abbasova bildirib ki, oğlunun başına gələn hadisələrin təşkilatçısını hamı yaxşı bilir: “Fuadın başını aşağı salmaq bütün Azərbaycanın başını aşağı salmaq deməkdir”- deyə o bildirib.
Toplantıda həmçinin, Rusiyadakı Azərbaycan səfirliyinin, diaspor qurumlarının və Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyəti barədə danışılıb və bu fəaliyyət tədbir iştirakçıları tərəfindən ciddi tənqid olunub.
Tədbirdə F.Abbasovun müdafiəsi məsələləri və bu istiqamətdə bəzi təkliflər müzakirə edilib.
Qeyd edək ki, jurnalist Fuad Abbasov bir müddətdi ki, Rusiyada yaşayırdı. Geniş ictimaiyyət onu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu yalanlamışdı. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist F.Abbasov dəvət olunurdu. F.Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib. Fuad Abbasovun vəkili Elman Paşayevin məlumatına görə, F.Abbasov mayın 16-sı Moskva şәhәrindә saxlanıb. Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) iddiası əsasında F.Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib. Üstəlik, vəkilin qeyd etməsinə görə, jurnalist saxlandıqdan sonra fiziki təzyiqə məruz qalıb və mayın 28-dә Azərbaycana deportasiya oluna bilər.
"Fuadın başını aşağı salmaq bütün Azərbaycanın başını aşağı salmaq deməkdir" - Fotolar

Oxşar xəbərlər