Azərbaycan ən çox Ukraynadan quş əti alıb

Ötən il Azərbaycan Ukraynadan 20 069 ton quş əti idxal edib.

Bunu ölkənin “Aqrar İqtisadiyyat İnstitutu” Milli Elmi Mərkəzinin direktor müavini Nikolay Puqaçyov bildirib. 

"Bu, Ukraynanın ümumi quş əti ixracının 6,1%-nə bərabərdir", - deyə o qeyd edib. 

2018-ci ildə Ukrayna rekord həcmdə - 646 mln. ABŞ dolları dəyərində 329 min ton quş əti ixrac edib. Bu isə 2017-ci ilə nisbətən 21,6% çoxdur. 

Ötən il Ukraynadan ən çox quş əti idxal edən ölkə Niderland olub. Bu ölkəyə ixrac ümumi ixracın 17,9%-ni təşkil edib. Bundan başqa, Ukrayna Slovakiya (9,3%), Sədiyyə Ərəbistanı (9%), Belarus (8,4%), İraq (7%) və Almaniyaya (5%) quş əti ixrac edib.