Ukrayna jurnalist Arkady Babchenko-nun "qətlinin sifarişçisini" həbs edib

Ukrayna məhkəməsi Kremlin tənqidçisi kimi tanınan jurnalist Arkady Babchenko-nun qətlini sirafiş verməkdə şübhəli bilinən biznesmeni həbs edib.

Borys Herman Arkady Babchenko-nun qətli üçün muzdlu qatilə 15,000 min dollar verməkdə ittiham edilir.

Borys Herman deyib ki, jurnalisti öldürmək niyyətində olmayıb və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib.

Ukrayna təhlükəsizlik qüvvələri həftənin ikinci günü Babchenko-nun ölümünü səhnələşdirib. Qurum bəyan edib ki, bununla Rusiya tərəfindən verilən sui-qəsd safarişinin qarşısını almağa çalışıb.

Ölümün səhnələşdirilməsində donuz qanından və makiyajdan istifadə olunub.

Arkady Babchenko

Babchenko deyib ki, Ukrayna-Almaniya silah şirkətində çalışan Borys Herman "onun qətlə yetirilməsi" xəbəri yayıldıqdan sonra sifarişin haqqını ödəyib.

Adı açıqlanmayan "qatil" əməliyyatın tərkib hissəsi olub.

Borys Herman iki aylığına həbs edilib.

Moskva Ukraynanı təxribatçılıqda günahlandırıb.

Babchenko bildirib ki, ona sifarişçinin və "qatilinin" şəkillərini göstərdikdən sonra "sağ qalmağı" seçib və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib.

Keçmiş müharibə müxbiri Babchenko 2001-ci ildə aldığı hədələrə görə vətəni Rusiyanı tərk edib.

BBC-Azərbaycanca