Daha bir ölkə İnterpoldan çıxacağını açıqladı

Daha bir ölkə İnterpoldan çıxacağını elan edib.

Litva Seymi təşkilata rusiyalı Aleksandr Prokopçuk prezident seçilərsə, bu addımı atacağını bildirib. Artıq 88 deputat bu qərarın lehinə səs verib.

Xatırladaq ki, dünən Ukrayna da Aleksandr Prokopçukun İnterpol prezidenti seçiləcəyi təqdirdə təşkilatdan çıxacağını bəyan etmişdi.

Qafqazinfo.az