Ukrayna Prezidenti Petro Poroşenko BBC tərəfindən onun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün iri məbləğdə pul ödəməsi barədə xəbər yaydığına görə həmin media qurumuna qarşı Böyük Britaniya məhkəməsində iddia qaldırıb.
Bu barədə “Daily Telegraph”a istinadən xəbər verilir.
Bu il mayın 23-də BBC-nin xəbər proqramında ABŞ Prezidentinin vəkilinə Ukrayna Prezidenti adından onu ABŞ səfəri zamanı Trampla görüşdürmək müqabilində azı 400 min dollar çatdırılması barədə süjet getmişdi. Məhkəmə iddiasında bu xəbərin Ukrayna Prezidentinin nüfuzuna “ciddi xələl gətirdiyi”, sözügedən ödənişlə bağlı “hər hansı ciddi dəlil-sübutun olmadığı” vurğulanır.
Ukrayna Prezidentinin vəkilləri BBC-nin şikayət verilməsindən sonra təkzib və üzrxahlıq verməyi rədd etdiyini bildiriblər.
Ukrayna Prezidenti BBC-ni məhkəməyə verib

Oxşar xəbərlər