Qazaxıstan prezidenti öz portretlərinə qarşı çıxıb

Qazaxıstan prezidentri  Kasım-Jomart Tokayev öz portretlərin bilbordlarda yerləşdirilməsinə qarşı çıxıb. Bu barədə "RİA Novosti" agentliyi yazıb. 

"Mənə xəbər veriblər ki, Aktau şəhərində portretimlə 14 bilbord yerləşdirilib. Hesab edirəm ki, bu çox yersiz hərəkətdir. Mənim belə təbliğata ehtiyacım yoxdur", - deyə o, vurğulayıb. 

Onun sözlərinə görə, bilbordlarda Nursultan Nazarbayevin təsvirləri olmalıdır.