İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir baş nazir Binyamin Netanyahu ilə kəskin münaqişəyə girib.
Bu barədə İsrail mediası məlumat yayır.
Qeyd olunur ki, İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir oktyabrın ortalarında orduda yüksək döyüş hazırlığı elan edib. O, İsrail siyasətçilərinin İrana ünvanlanan təhdidlərinin və yeni hərbi əməliyyatların tərəflərin niyyətlərini yanlış qiymətləndirməsi səbəbindən toqquşmaya gətirib çıxaracağından ehtiyat edir. Lakin Binyamin Netanyahu və Müdafiə naziri İsrael Kats Tehrana təhdidlər yağdırmaqda davam edirlər. Ynet-in hərbi icmalçısı Ron Ben-Yişay oktyabrın 26-da yazır ki, bu səbəbdən İsrailin hərbi və siyasi rəhbərliyi arasında gərginlik yaranıb.
Ben-Yişayın verdiyi məlumata görə, Eyal Zamir siyasi rəhbərliyə Baş Qərargahın İrana qarşı təhdidli bəyanatların və təxribatçı addımların əleyhinə olduğunu bildirib. Hərbçilər ehtiyat edirlər ki, Tehran baş verənləri yanlış yozaraq cavab verə bilər və ya ehtimal olunan ABŞ-İsrail hücumunu qabaqlamaq üçün önləyici (qabaqlayıcı) zərbə endirmək qərarına gələr. Bu hadisələr oktyabrın 27-də keçiriləcək Knessetə seçkilər ərəfəsində cərəyan edir.
Buna baxmayaraq, Netanyahu və Kats Tehrana qarşı təhdid dolu çıxışlarını davam etdiriblər. Ynet-in qiymətləndirməsinə görə, bu bəyanatlar İranın ABŞ və İsrailin bir həftə sonra keçiriləcək ABŞ aralıq seçkilərindən əvvəl hücum edə biləcəyi ilə bağlı narahatlıqlarını artırıb.
Oktyabrın 25-də İsrailin “12Keshet” telekanalı Netanyahu və Zamir arasında kəskin münaqişənin olduğu barədə məlumat yayıb. Telekanalın məlumatına görə, hərbi rəhbərlik hökumətin Knessetə seçkilər öncəsi siyasi üstünlük əldə etmək üçün İran məsələsindən istifadə etməyə çalışmasından ehtiyat edir.
Təfərrüatlara bələd olan mənbələrin sözlərinə görə, münaqişənin mərkəzində İranla ildırım sürətli toqquşmaya gətirib çıxara biləcək əməliyyat planı dayanır.
Son günlər Baş Qərargah rəisi siyasi rəhbərlikdən müəyyən bir əməliyyat keçirmək tapşırığı alıb. Lakin Zamir icradan əvvəl dərinləşdirilmiş müzakirənin təşkil olunmasını tələb edib. Bundan əlavə, o, əməliyyatın hüquqi əsaslarını və siyasi rəhbərliyin onun keçirilməsi barədə qərarını təsdiqləyən imzalanmış sənədləri tələb edib.
Güc strukturlarındakı mənbə izah edib ki, təklif olunan əməliyyat son dərəcə həssas bir məqamda İranla sürətli toqquşmaya gətirib çıxara və vəziyyətin qiymətləndirilməsində xətaya səbəb ola bilər. İki mənbə oktyabrın 25-də Palmeximdə keçirilən iclasdakı atmosferi “çox ağır” kimi qiymətləndirib.
Netanyahunun İrana hücum planına qərargah rəisindən etiraz