Saakaşvili Ukraynanın şəxsiyyət vəsiqəsini aldı

Gürcüstanın sabiq prezidenti Odessanın sabiq valisi Mixeil Saakaşvili Ukraynanın Varşavadakı konsulluğunda ölkəyə qayıtmaq üçün şəxsiyyət vəsiqəsini alıb. FaktXəbər-in məlumatına görə, bu barədə o, Facebook hesabında yazıb. 

"Ukraynanın gözəl konsulu Ukraynaya qayıtmaq üçün mənə şəxsiyyət vəsiqəsini verib. İndi isə hava limanına və Kiyevə", Saakaşvili yazıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın prezidenti Vadimir Zelenskiy Saakaşviliya Ukrayna vətəndaşlığını qaytarıb.