Qərar verildi – Rusiya Ukraynaya sanksiya tətbiq edir

Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyaları dayandırsa onda Rusiya xüsusi iqtisadi tədbirləri ləğv edəcək

Rusiya prezidenti Vladimir Putin Ukraynanın rusiyalılara qarşı qeyri-dost hərəkətləri ilə bağlı bu ölkəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Bu barədə"RİA Novosti"yə istinadən xəbər verilir.

Qeyd olunur ki, bu Ukraynanın Rusiya Federasiyası vətəndaşları və fiziki şəxslərinə qarşı qeyri-dostyana və beynəlxalq normalara zidd addımlarına cavabdır.

Bildirilir ki, əgər Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyaları dayandırsa onda Rusiya xüsusi iqtisadi tədbirləri ləğv edəcək.