ABŞ Rusiyanın G-7-ə qayıtması üçün şərtini açıqlayıb

ABŞ Dövlət Departamentinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Uolker Rusiyanın G-7 formatındakı əməkdaşlığa qayıtması üçün Krımı Ukraynaya qaytara biləcəyini söyləyib.
 
"Priamiy”TV xəbər verir ki, Ağ ev rəsmisi müsahibəsində bildirib: "2014-cü ildə Rusiya G-8-dən Krıma görə çıxardılıb. İndi də bunun geriyə fırlanmasını görmək istərdim. Rusiyanın Krımdan çıxması əməkdaşlığın bərpasına gözəl imkanlar açardı”.
 
Avqustun 26-da ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini G-7-in növbəti görüşünə dəvət edəcəyini, lakin bu dəvətin qəbul ediləcəyinə əmin olmadığını deyib. 
 
Kremldən isə bu barədə rəsmi dəvət almadıqlarını bildiriblər.