Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bütün dövlət sərhədlərinin mühafizəsinə görə məsuliyyətin Ermənistanın üzərinə götürülməsinin vaxtı çatdığını bildirib.
Paşinyan bu barədə keçirdiyi brifinqdə jurnalistlərə deyib.
“Rusiya sərhədçilərinə təşəkkür edirəm, lakin artıq bütün sərhədimizə görə məsuliyyəti öz üzərimizə götürməyin vaxtıdır”, – Baş nazir bildirib.
Paşinyan Ermənistanla Rusiya arasındakı fikir ayrılıqlarını dostluq və qardaşlıq çərçivəsində həll etmək niyyətində olduqlarını söyləyib. Onun sözlərinə görə, Yerevan Moskvanın suverenliyinə və maraqlarına hörmət edir, lakin Ermənistan öz suverenliyini və maraqlarını daha üstün tutur.
Baş nazir Rusiyaya zərər vurmaq niyyətində olmadıqlarını, eyni münasibəti Moskvadan da gözlədiklərini deyib. O, iki ölkə arasındakı gərginliyin artmadığını, əksinə, azaldığını vurğulayıb.
Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər etməyi planlaşdırdığını da açıqlayıb.
Baş nazir Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında qanunun ləğvini mümkün saymadığını bildirib. O, ölkənin dəmir yollarını idarə edən Rusiyanın bu sahəyə böyük investisiyalar yatırmağa hazır olub-olmadığının aydınlaşdırılmasını da vacib hesab edib.
Paşinyan yeni Konstitusiya layihəsinin müzakirələri fonunda növbədənkənar parlament seçkilərini də istisna etməyib.
Bununla yanaşı, Ermənistan hökuməti ABŞ-da yaradılmış “TRIPP Development Company US” ilə saziş layihəsini təsdiqləyib.
Saziş Ermənistanda TRIPP layihəsini həyata keçirəcək yeni şirkətin yaradılmasını nəzərdə tutur. Paşinyan sənədin bir həftə ərzində imzalanmasının planlaşdırıldığını bildirib.
Yeni şirkətin beş nəfərlik idarə heyətində iki üzvü Ermənistan tərəfi təyin edəcək.
Ermənistan rus sərhədçilərindən Ermənistanı tərk etmələrini istəyir