Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov vilayətində İŞİD terror təşkilatının yerli qanadını zərərsizləşdirib.
“RİA Novosti” xəbər verir ki, güc strukturu əməkdaşları Qlinki bölgəsində dəstə başçısını saxlamağa çalışan zaman, o, avtomatdan atəş açmağa başlayıb.
Cavab atəşi zamanı avtomobildə bomba partlayıb, terrorçu isə hadisə yerində ölüb.
Daha sonra Rostov-na-Don şəhərində dəstənin daha iki üzvü tutulub. Onların evlərində aparılmış axtarış zamanı partlayıcı, detonatorlar və döyüş sursatları tapılıb.
Sözügedən dəstə terror aktları və polislərə qarşı hücumlar hazırlayırmış.
Müxtəlif maddələrlə, o cümlədən, “Terror aktının hazırlanması” maddəsi ilə cinayət işi başladılıb.
Rusiyada İŞİD-çilər ələ keçdi: terrorun qarşısı son anda alındı

Oxşar xəbərlər