Rusiya İranda tikiləcək Rəşt-Astara dəmir yolunun bütün 162 kilometrlik marşrutunda mühəndis axtarışları aparmaq üçün tam giriş hüququ alıb. Bunu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İranın “Farhixtegan” qəzetinə verdiyi müsahibədə deyib.
Dedovun sözlərinə görə, “Şimal-Cənub” dəhlizinin qərb marşrutunda Rəşt-Astara dəmir yolunun tikintisinə Rusiyanın ixrac krediti hesabına hazırlıq gedir. Səfir bildirib ki, Rusiya tərəfinə xəttin bütün uzunluğu boyunca axtarış işləri aparmağa imkan verən protokol noyabrın 4-də Tehranda imzalanıb.
Rusiya diplomatı dəhlizin inkişafını Moskvanın əsas prioritetlərindən biri adlandırıb. Onun fikrincə, bu marşrutun təkcə iqtisadi yox, həm də geosiyasi əhəmiyyəti var, çünki Cənubi Asiya bazarlarına Süveyş kanalından keçən yoldan daha qısa və etibarlı çıxış verir.
Rəşt-Astara xətti İranın şimalındakı Rəşt şəhərini Azərbaycanla sərhəddəki Astaraya bağlamalıdır. Bu hissə tikiləndən sonra Rusiyadan Azərbaycan ərazisindən keçərək İrana və Hind okeanı limanlarına gedən dəmir yolu marşrutunun çatışmayan halqası tamamlanmış olacaq. Azərbaycan öz ərazisindəki hissəni artıq Astaraya qədər çəkib.
Noyabrın əvvəlində İranın nəqliyyat infrastrukturu üzrə rəsmisi Huşəng Bazvənd ölkənin Ali Milli Təhlükəsizlik Şurasının Rusiyanın tikintidə iştirakına dair sazişi təsdiqlədiyini demişdi. Layihənin icrası illərdir ləngiyirdi.
Rusiya səfiri: Moskva Azərbaycan sərhədinə çatacaq Rəşt-Astara dəmir yolunun bütün xətti üzrə tam giriş əldə edib