AXCP sədri Əli Kərimli və partiyanın sədr müavini Məmməd İbrahimin işi üzrə noyabrın 20-də keçirilən qapalı məhkəmədə üç tanınmış şəxs şahid qismində ifadə verib.
Politoloq Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ifadələri dinlənilib. Məhkəmə proses qapalı keçirilib.
Məhkəmədən yayılan məlumatlara görə, Eldar Namazov bildirib ki, 2013-cü ildə Milli Şura hakimiyyət dəyişikliyinin dinc yolla baş verməsinə dəstək məqsədilə yaradılıb. Onun sözlərinə görə, nə özünün, nə də Əli Kərimlinin dövlət çevrilişi məqsədi olub və Kərimli onunla belə bir plan barədə danışmayıb.
Sərdar Cəlaloğlu da Əli Kərimlinin zorakılığın və hakimiyyətin zorla dəyişdirilməsinin əleyhinə olduğunu deyib. O, Kərimlinin hər hansı cinayətdə iştirak etmədiyini bildirib.
Rauf Arifoğlu isə əksinə, Əli Kərimlinin əleyhinə ifadə verib. Onun sözlərinə görə, Kərimli 2010–2013-cü illərdə onunla hakimiyyətin zorla ələ keçirilməsi və dövlət çevrilişi barədə danışıb, Arifoğlundan buna dəstək istəyib.
Vəkillər Arifoğlundan belə söhbətlər olubsa, niyə həmin vaxt hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşublar. Məhkəmədəki mənbələrin məlumatına görə, Arifoğlu əvvəlcə görüş zamanı telefonunun olmadığını, daha sonra isə belə söhbətlərin qanuna zidd olduğunu bilmədiyini deyib.
Əli Kərimli onun ifadəsinə belə reaksiya verib: “Məhkəməyə bir ‘işverən’, ‘üzəduran’ gətirmisiz. Bu adam açıq müsahibəsində bildirmişdir ki, əlində silah məni öldürməyə hazırdır”.
Kərimli məhkəmədə ifadə verməkdən imtina edib.
Məhkəmə başlamazdan əvvəl polis binaya gedən yolları nəzarətə götürüb, AXCP fəallarının əraziyə yaxınlaşmasına imkan verilmədiyi bildirilib.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 278.1-ci maddəsi, hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Hər ikisi ittihamı rədd edir.
Bu adam açıq müsahibəsində bildirmişdir ki, əlində silah məni öldürməyə hazırdır

Oxşar xəbərlər