Ayətullah Vəhid Xorasani dünyasını dəyişib

Ayətullah əl-üzma Hüseyn Vəhid Xorasani vəfat edib.

Böyük təqlid müctəhidi bu gün – 17 noyabr səhər saatlarında Qum şəhərində yerləşən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ayətullah Xorasani təxminən 2 həftə idi ki, xəstəxanaya yerləşdirilmişdi.

Ayətullah Vəhid Xorasaninin hüzür və dəfn mərasimləri barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Ayətullah Vahid Xorasani 1921-ci il 1 yanvarda İranın Nişapur şəhərində dünyaya gəlib. Onun 105 yaşı var idi.