Qarabağ qəhrəmanlarının qızlarını hicab məhdudiyyətlərinə qurban verməyin!

Türkiyə, Qars və İğdır Əhli-beyt (ə) Alimləri Birliyi birgə bəyanat yayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində hicaba qoyulan qadağanı pisləyib və bu məhdudiyyətlərə son qoyulmasını tələb ediblər.

«Bu məhdudiyyətlərdən zərər çəkən qızlar və müəllimələr Qarabağın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ailələrin övladlarıdır. Bütün bu məqamlar mütləq diqqətə alınmalıdır.”

Bəyanatda Türkiyədə illər öncə yaşanan hicab qadağasına da toxunulub.

“Türkiyədə hicab qadağası ilə bağlı yaşanan acı təcrübə digər ölkələr üçün ibrət dərsi olmalıdır. Hicaba qoyulan məhdudiyyətlər İslamın vacib hökmlərindən birinin pozulması olmaqla yanaşı, insan hüquq və azadlıqlarına da ziddir».

Bəyanat ölkədə inanclılara qarşı həbsləri də pisləyib: «Cəfəri cəmiyyəti bəzi şəxslərin fərdi mövqelərinə görə ittiham edilməməli və mühakimə olunmamalıdır. Bu məsələ uzaqgörənlik, ədalət və dini azadlıqlara hörmət prinsipləri əsasında həll edilməlidir».