Hörmüz boğazının cənub hissəsində super neft tankeri və mayeləşdirilmiş neft qazı (LPG) daşıyan gəmi dəniz minasına düşüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Hadisə bir neçə saat əvvəl baş verib. Minaya düşən neft tankerinin göyərtəsində 2 milyon bareldən artıq xam neft olub.
Qeyd edilib ki, hər iki gəmi İrandan icazə almadan və qadağan edilmiş marşrutla, ABŞ yalançı vədləri ilə Hörmüz boğazından keçməyə çalışıb. Gəmilərin dəniz minasına düşməsi nəticəsində güclü yanğın başlayıb.
SEPAH həmçinin bildirib ki, gəmiçilik şirkətlərinin ABŞ-yə güvənməsi son günlər Hörmüz boğazında yanğınlarla nəticələnir.
Qurum Hörmüz boğazının cənub hissəsində qeyri-qanuni marşrutlardan istifadə edən gəmilərin mina təhlükəsi ilə qarşılaşdığını vurğulayıb.
Hörmüzdə daha bir supertanker minaya düşüb

Oxşar xəbərlər