Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlının videosu yayımlanıb. Videoda A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"da canlı yayımına qoşulub.
Yayım zamanı Vaşinqtonda yerləşən məscidə daxil olan "Adil Black" "Kolyaka"nın təklifi ilə məbəddə ibadət edənlərə məhəl qoymadan söyüşlər, nalayiq ifadələr işlədib. İfadələrində o, Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s) təhqir edib.
Maraqlı məqamlardan biri də canlı yayıma onlarla yanaşı, "Niko AAC" ləqəbli başqa bir tiktokerin qoşulmasıdır. Onun milliyyəti bəlli olmasa da, adının əvvəlinə erməni bayrağı qoşur.
Video zamanı məsciddə bu addıma etiraz edən və bundan sonra təhqirə yol verən şəxsin ərazidən qaçması əks olunub.
Xatırladaq ki, bənzər təhqirlər son dövrlər sosial media platformalarında adını ateist qoyan şəxslər tərəfindən yalnız İslam və onun müqəddəslərinə qarşı intensiv hal alıb.
Allahı və Peyğəmbəri təhqir edən Adil Əmrahlının videosu yayılıb