Maldiv sakinləri sentyabrın 13-də ölkənin İslamı qəbul etməsinin 900-cü ildönümünü qeyd ediblər. Maldivlilər bu milli hadisəni “Maldivlərin İslamı qəbul etdiyi gün” adlandırırlar. Hər il bu münasibətlə adalarda ölkənin zəngin İslam tarixinə həsr olunmuş çoxsaylı xütbələr, dini dərslər və mədəni tədbirlər keçirilir. Bu tədbirlər Maldivlərin İslam kimliyinin möhkəmləndirilməsinə və onun gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Maldivlərin tarixi rəvayətlərinə görə, 1153-cü ildə ölkə tarixində mühüm hadisələrdən biri baş verib — krallıq bütpərəstlikdən (buddizmdən) İslama keçib. Maldivlərin ənənəvi tarixi versiyasına əsasən, kral Dovemi Şimali Afrikadan gəlmiş təbliğatçı və müsəlman alim Əbu əl-Bərəkət Yusif əl-Bərbərinin təsiri ilə İslamı qəbul edib. Onun mənşəyi bəzən Mərakeş və ya Somali ilə əlaqələndirilir. İslamı qəbul etdikdən sonra kral adını, əziz İslam Peyğəmbəri həzrəti Muhəmmədə (s) ehtiramən, Sultan Məhəmməd ibn Abdullah olaraq dəyişib və həmin vaxtdan etibarən ölkə İslam yoluna qədəm qoyub.
Yubiley münasibətilə Maldivlərin İslam İşləri naziri doktor Məhəmməd Şahim sosial şəbəkədə bildirib ki, ölkədə onilliklərdir gözlənilən böyük cümə məscidinin tikintisi ilə bağlı işlərə başlanılıb. Söhbət Maledə birləşən yeni rayon olan Hulhumaledə “Sultan Məhəmməd ibn Abdullahın Böyük Məscidi və İslam Sivilizasiyası Mərkəzi” kompleksinin təməl daşının qoyulmasından gedir.
Nazir qeyd edib ki, məscid Maldivlərin İslamı qəbul edən ilk hökmdarı Sultan Məhəmməd ibn Abdullahın şərəfinə onun adını daşıyır. O, hicri 548-ci ildə (1153-cü il) İslamı qəbul edib. Bu hadisə ölkənin inkişafına böyük təsir göstərib və Maldivlərin çoxəsrlik mənəvi və sivilizasiya yolunun əsasını qoyub.
Yeni kompleksin tikintisi ölkənin İslamı qəbul etməsinin 900-cü ildönümünə təsadüf edir. Layihənin əsas məqsədlərindən biri İslam irsini Maldivlərin milli kimliyinin əsas sütunlarından biri kimi əbədiləşdirməkdir.
Şahim başqa bir paylaşımında bildirib ki, Maldiv xalqı hicri 548-ci ilin (1153-cü il) Rəbi əs-Sani ayında İslamı qəbul edib. Bu hadisə hər il Rəbi əs-Sani ayının 2-də qeyd olunur və ölkənin möhkəm İslam kimliyinin əsasını qoyan tarix kimi qiymətləndirilir.
Nazirin sözlərinə görə, sultanlar, alimlər və sonrakı nəsillər məscidlər tikməklə və dini təhsili inkişaf etdirməklə bu irsi qoruyub saxlayıblar. Maldivlərin İslam memarlığı mərcan daşından inşa edilmiş qədim məscidlərdən Maldiv İslam Universiteti kimi müasir tikililərə qədər inkişaf yolu keçib.
Bununla yanaşı, Quranın və İslam elmlərinin öyrənilməsinin inkişaf etdirilməsi sayəsində bu ənənə bu gün də davam edir. Bu proses ölkənin mədəniyyətinin və milli birliyinin möhkəmlənməsinə töhfə verir.
İslam adlı bloqer Maldiv prezidenti Məhəmməd Muizzu tərəfindən İslam dininin qəbul edilməsinin 900-cü ildönümü münasibətilə keçirilən rəsmi mərasimdən görüntülər yayımlayıb. O qeyd edib ki, Maldivlər müsəlman ölkəsidir və onun əhalisi sülhsevər xarakteri, məscidlərə hörməti və şəriətin öyrənilməsinə marağı ilə seçilir.
Sosial şəbəkə istifadəçiləri Əbu əl-Bərəkət Yusif əl-Bərbərinin həyatından danışarkən onun hekayəsini müsəlmanın olduğu yerdə İslam dəyərlərinin və əxlaqının yayılmasına təsirinin ruhlandırıcı nümunəsi kimi qiymətləndirirlər.
Onlar həmçinin tarixi yaddaşın və İslam kimliyinin qorunmasının əhəmiyyətini vurğulayır, bir sıra ölkələrdə bu cür tarixi günlərin milli bayram və rəsmi qeyri-iş günü kimi qeyd edildiyini bildirirlər.
Maldiv Respublikası Hind okeanında yerləşən adalar arxipelaqından ibarət Asiya dövlətidir. İlk dövrlərdə adalarda hələ bizim eradan əvvəl Hindistan və Şri-Lankadan köçən insanlar məskunlaşıblar. X əsrin ortalarından etibarən isə bura mirvari, ədviyyat, kokos və qurudulmuş balıqla maraqlanan ərəblər və farslar da gəlməyə başlayıblar.
Maldivlər İslama dininə keçidin 900-cu illiyini təntənəli qeyd etdi