Yəmənin Saada vilayətində keçirilən kütləvi aksiya zamanı ictimaiyyət nümayəndələri və vilayət ağsaqqalları Ənsarullahın rəhbərliyindəki Silahlı Qüvvələrə dəstəklərini ifadə edərək, Səudiyyə Ərəbistanının Məkkəyə hücum olunması ilə bağlı iddialarını qətiyyətlə rədd ediblər.
Aksiyada çıxış edən Saada valisi Məhəmməd Əvəz Səudiyyə tərəfinin ittihamlarını böhtan adlandırıb və Yəmən xalqının müqəddəs ocaqları, o cümlədən Fələstin davasını müdafiə etmək mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.
Onlar bildiriblər ki, “Kəbənin keşikçiləri bizik. Yalan məlumatlar hərbi meydandakı uğursuzluğu ört-basdır edə bilməz.”
Təşkilatçılar hərbi əməliyyatların və “mühasirəyə mühasirə” strategiyasının davam etdiriləcəyini, hücumlar kəsilməyəcəyi təqdirdə qarşı tərəfin hərbi bazalarının hədəfə alınacağını diqqətə çatdırıblar.
Yəməndə kütləvi aksiya: Kəbənin hədəf alınması böyük yalandır!