"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm"
Azərbaycan prezidenti İlham Əliyev bu sözləri sentyabrın 15-də Bakıda türkdilli ölkələrdən olan din xadimlərini qəbul edərkən deyib.
Əliyev nümunə olaraq Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kailinin korrupsiya ittihamı ilə üzləşməsinə istinad edib.
"Vitse-prezidentin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb", - o əlavə edib.
Kaili 2022-ci ilin dekabrında Qətər hökumətinin lehinə lobbiçilik və korrupsiya ittihamı ilə həbs olunub. Həbsindən sonra vitse-prezident vəzifəsindən kənarlaşdırılıb.
Kaili bütün ittihamları rədd edib. O, 2023-cü ilin aprelində ev dustaqlığına buraxılıb. Lakin cinayət işinin gedişi ilə bağlı ictimaiyyətə yeni məlumat verilməyib.
Tənqidçilər isə Əliyevin başçılıq etdiyi hökumətin də avropalı parlamentariləri pulla ələ aldığını bildirir. Son illərdə, xüsusilə Almaniyadan olan bir neçə Avropa Parlamenti deputatı Azərbaycan lehinə lobbiçilik və rüşvət ittihamı ilə həbs olunub.