İngiltərə Liqa Kuboku: "Liverpul" "Tottenhem"i, "Arsenal" "İpsviç"i məğlub etdi

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində "Liverpul" "Tottenhem Hotspur"la, "Arsenal" isə "İpsviç"lə qarşılaşıb.

"Enfild" stadionunda keçirilən görüş "Liverpul" 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Oyunda hesabı 21-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister açıb. 54-cü dəqiqədə Kodi Qakpo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. "Tottenhem"in yarımmüdafiəçisi Konor Qallaher 69-cu dəqiqədə fərqi azaldıb. Liverpulluların üçüncü qoluni isə Dominik Soboslay 90+1-ci dəqiqədə vurub.

"Arsenal"ın "İpsviç"in qonağı olduğu digər görüş 2:4 hesab ilə londonluların qələbəsi ilə başa çatıb.