Bakı şəhəri Xəzər Rayon Məhkəməsində bu gün Tale Bağırzadənin övladları MəhəmmədHəsən və MəhəmmədHüseyn Bağırzadələrə qarşı məhkəmə iclası baş tutub. Hakim Vüqar Məhərrəmovun sədrliyi ilə keçirilən məhkəmədə tərəflər işlə tanış olub.
Müdafiə tərəfi sənədlərin elə məhkəmə başlayan anlarda əldə etdiyi üçün işlə tanış olma imkanının olmamasını əsas gətirərək hakimdən iclasın təxirə salınmasını istəyib. Hakim vəkilin müraciəti ilə razılaşaraq məhkəməni 17 sentyabr saat 11:20-ə qədər ertələyib. Bununla da ilk məhkəmə yekunlaşıb.
Xatırladaq ki, aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında insident baş verib. Yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. MəhəmmədHüseynin onları bundan çəkindirməsi gərginliyi daha da artırıb. Qarşı tərəfin təhqiramiz ifadələri MəhəmmədHüseynə yönəltməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib.
Mübahisə zamanı qardaşının iki şagird tərəfindən zorakılığa məruz qaldığını görən böyük qardaş MəhəmmədHəsən davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. Məhkəmə də məhz bu şikayət əsasında keçirilir.
Tale Bağırzadənin oğullarına qarşı ilk məhkəmə iclası keçirilib