Husilər bazar günü pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazaya hücum etdiklərini bildiriblər.
Bu barədə “Geo Tv” məlumat yayıb.
Husilərin hərbi sözçüsü Yəhya Səri X-də yazıb ki, cənubdakı Şərurə bazasına hücum zamanı silah anbarları, eləcə də komandanlıq və idarəetmə mərkəzləri hədəfə alınıb.
Əməliyyatın hansı tarixdə həyata keçirildiyi açıqlanmayıb.
Qeyd edək ki, son 1 həftə ərzində husilər Yəmənin Qırmızı dəniz sahilinin qalan hissəsinə və bir sıra strateji adalara nəzarəti ələ keçirərək dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazı üzərində mövqelərini möhkəmləndirib.
İranın Hörmüz boğazını blokadaya alaraq Fars körfəzi vasitəsilə neft daşımalarını böyük ölçüdə dayandırmasından sonra bu su yolu Səudiyyə Ərəbistanının neft ixracı üçün mühüm arteriyaya çevrilmişdi. Husilər isə Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki limanlarına qarşı öz dəniz blokadasını elan edib, digər ölkələrin gəmiləri üçün Bab əl-Məndəb boğazının açıq olduğunu bildiriblər.
Husilərın dünən axşam yaydığı açıqlamada qeyd edilib ki, nəzarətlərində olan ərazilərə son 48 saat ərzində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri 129 hava zərbəsi endirib.
Husilər Səudiyyə Ərəbistanında hərbi bazaya zərbə endirib