Türkmənistanda XI əsrə aid məscidin qalıqlarında arxeoloji tədqiqatlara başlanılıb.
Sözügedən tarixi müsəlman ibadətgahı “Abıverd” qoruğunda Abıverd Peştak istehkam kompleksinin ərazisində yerləşir.
Arxeoloqlar qədim tikilinin inşası zamanı orta əsr memarlarının xüsusi materiallardan istifadə etdiyini müəyyən ediblər.
Hazırda tapıntıların emalı və aşkar edildikləri yerdə konstruksiyaların konservasiyası həyata keçirilir. Bu, tədqiqatların tam mərhələsi başa çatana qədər memarlıq elementlərini ilkin vəziyyətində saxlamağa imkan verir.
Abıverd Sasanilər fars sülaləsinin hakimiyyəti dövründə Böyük İpək Yolu üzərində sərhəd şəhəri kimi meydana gəlib. Şəhər yalnız ticarət mərkəzi deyil, həm də İranı Orta Asiya tərəfdən gələn basqınlardan qoruyan qala rolunu oynayıb. VII əsrdə isə xilafətin tərkibinə daxil olub.
Qoruğun şöbə müdiri Əhməd Xalmıradov qeyd edib ki, Abıverd memarlığı ilə bağlı məlumatların turist marşrutlarına daxil edilməsi Böyük İpək Yolu boyunca yerləşən qədim şəhərlərin turistlər arasında tanıdılmasına və populyarlaşdırılmasına kömək edir.
Türkmənistanda qədim məscid tapılıb