ASA-nın tələbələri Podqoritsada qızıl medal qazandılar

Azərbaycan İdman Akademiyasının tələbələri Məhəmməd Musayev və Süleyman Şükürov Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurlu çıxış edərək qızıl medal qazanıblar.

Bu barədə İdman Akademiyasından məlumat verilib.

"ASA bu münasibətlə hər iki tələbəmizi təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzulayırıq", - məlumatda qeyd olunub.