12 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən məhbus Orxan Əliyev düşdüyü çarəsiz vəziyyətdən yazıb. O, Bakı şəhəri Nizami rayonu 24 - cü polis bölməsinin əməliyyatçıları tərəfindən təzyiqə məruz qalaraq etmədiyi cinayəti üzərinə götürməyə məcbur edildiyini bildirir. Orxan buna etiraz olaraq barmağını belə kəsdiyini yazıb. Əgər təzyiqlər davam edərsə daha sərt addımlar atacağını bildirən məhbus əlaqədar təşkilatlardan, hüquq insitutlarından ona kömək göstərməsini xahiş edir.
Mən Əliyev Orxan Loğman oğlu hakimiyyətdən, rəsmi qurumlardan düşdüyüm vəziyyətlə bağlı yardım istəyirəm. Hal-hazrda həbs həyatı yaşayıram və 234.1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) və xırda talama ilə azadlıqdan məhrum edilmişəm. Lakin buna baxmayaraq aşağıda adı çəkilən şəxslər zorla üzərimə narkotik satma maddəsi qoymaq istəyirlər. Mənim onlarla razılaşmadığımı gördükdə isə mənə iyrənc hədə gələrək seçimə məcbur etmək istəyirlər.
Barəmdə narkotiklərlə bağlı ittiham irəli sürülüb və 3 aylıq istintaq dövrünə alındım. Bu 3 ay bitincə növbəti dəfə istintaqa cəlb edilincə yenə eyniliklə təzyiqlə üzləşdim. Məcbur edilirəm ki, narkotiklərlə bağlı satış maddəsini boynuma alıb imza atım. Ancaq mən bunu etmədiyim üşün növbəti dəfə rədd edərək qəbul etmədim.
Nizami rayonu 24 –cü polis bölməsinin əməliyyatçıları olan Ayxan Təhməzli, Namiq Şıxəliyev və Aqil adlı soyadını bilmədiyim bu polis işçiləri məni razılaşmadığım məsələ ilə bağlı işgəncələrlə təzyiq edərək ittihamı qəbul etməyə zorlayırlar. Mən razılaşmasam da onlara gücüm yetmir. Sonunda məcbur qalıb öz barmağımı kökündən kəsmişəm ki, məndən əl çəksinlər. Hal-hazırda bu vəziyyətdə məni boşlasalar da, əminəm səhhətimdə bir az dəyişiklik olan kimi yenə də eyni təzyiqlə üzləşəcəyəm.
Həbsxana divarları arasındayam və səsimin əlaqədar təşkilatlara çatması üçün əlimdən heç bir şey gəlmir. Fürsət tapıb yazdığım bu məktubda çağırış və müraciət edirəm. Mənə kömək edin, qoymayın məni şərləyib üzərimə ağır maddələr qoysunlar. Mənim gücüm canıma çatır və etiraz üçün barmağımı kəsmmişəm. Yenə məcbur qalsam eyni cür davranmağa davam edəcəm, ancaq onların mənim üzərimə qoymaq istədikləri şər böhtanı qəbul etməyəcəm.”
“Məcbur qalsam digər barmaqlarımı da kəsəcəm...”