“Allah yoxdur” şüarı ilə təkcə inkar deyil, təhqirlərdən belə çəkinməyən Çevikə qarşı zorakı davranış son bir neçə gündə ölkənin bütün təbəqələrində geniş müzakirələrə səbəb olub. Öncədən qeyd edək ki, bir müddət əvvəl biz bu barədə mediada hakim dairələrə müraciət edərək məlum vəziyyətin qarşıdurmaya, vətəndaşlar arasında gərginliyin artırılmasına gətirib çıxaracağı barədə xəbərdarlıq etmişdik. Hətta hakimiyyətdən məsələnin məcrasından çıxmamış, inancı və inanclıları təhqir edən bu tip şəxslərə qarşı ölçü götürülməsinin zəruriliyini də qeyd etmişdik.
Ateistindən sələfisinə, millətçisindən sekulyarına hər kəsin diqqətində olan Çevik olayının bu nöqtəyə gəlib çatmasının ilk günahkarı hakimiyyətin özüdür. Buna susqunluq və seyirçilik daha qorxunc nəticələrə gətirib çıxaracağı ehtimalı hələ də qüvvədədir. Bu səbəbdən hakimiyyətin bir daha bu məsələ barədə düşünməsində fayda var. İnancına sadiq və bu dəyərlə yaşayan bir xalqa açıq həqarət məlum nəticələrin təkrarlanmaq ehtimalını istisna etmir.
Burada “narahat” olan cəbhələr baxımından hətta Əfqanıstana bənzədilən Azərbaycan gerçəkliyində vəziyyətə bir daha anti-islam nifrəti ilə deyil, həqiqi durumun mövcudluğu prizmasından yanaşmağa ehtiyac duyuruq. “Qazinin döyülməsi” şüarı ilə yazı və manşetlərində fikir paylaşan “səmimi vətənpərvərlərə” elə həmin axtarış nöqtəsində “özünə qəsd edən qazilər” kəlməsini yazmaq məsləhəti ilə bir daha bu rakursdan da vətənpərvərlik hisslərini ortaya qoymağı tövsiyə edərdik. Özünü yandıraraq canına qəsd edən, adı gündəlik təminatını edə bilmədiyi üçün canına qıyan qazilərin fəryadı, monitor arxasında “Allahın yoxluğu” şüarı üçün maliyyələşən “qazi”nin halından narahatlıqdan daha çox, kinli, hikkəli zehniyyətin nəticəsindən başqa bir şey deyil. Əgər doğrudan da bu sevgi bir qazinin vəziyyətinə görədirsə, onda bundan ağır durumda olan qazilərin, əlil olmuş, əlillik dərəcəsini ala bilməyib fəryad edənlərin durumu daha ciddi narahatlıq yaratmalıdır.
Əfqanıstan olaraq zorakılıqdan narahat olanların da hər gün üzləşdikləri qanunsuzluqlar müqabilində səsini çıxarmağa cürəti olmayan, qorxu maşınının üzərinə hakim olduğu vəziyyəti bir daha incələməsi yerinə düşərdi. Ölkə çoxdan Şimali Koreyanı belə geridə qoyub. Ölkənin siyasi məhbuslarının sayı 400-ün üzərindədir. Bunu görmədən hələ də hadisənin sırf dini müstəvidə olub-olmaması, təhqir və ya bu tip mövzunun bu məsələdə yer alıb-almaması, rəsmi dairələrin məsələnin həqiqətdə baş verməsinə aydınlıq gətirmədiyi halda, qeyri-müəyyənlik müqabilində müəyyən zorakılıqlara kar olan tərəflərin bu məsələdə bütün gücləri ilə çığırmasına insan hüquqları pəncərəsindən baxmaq da gülüncdür.
Dindarlara Allahın qorunması yollarını cizgi çəkənlər eyni sətirləri hər addımbaşı ölkədə hüquqları pozan hakimiyyətə irad olaraq söyləməkdə aciz ikən, təhqir edilən inanclıların Allahından şəxsisinə qədər ünvanlarına yönələn aşağılayıcı sətirləri, təəssüf ki, görməməzliyə vurmaqla bir daha bu məsələdə həqiqi mövqelərini ortaya qoymuş olurlar.
Əsrlərin süzgəcindən süzülən xalqın milli-mənəvi dəyərlərini hədəf edənlərə qarşı “vətənpərvərlik” duyğuları altında anti-islam davranışlar bundan öncə də fərqli formada özünü təzahür etdirmişdi və bu dəfə də eyni addımların fərqli forması təəccüb yaratmadı. Ancaq bir anlığa zorakılığı pisləyənlərin səmimiyyəti dini inanc və inanclılara qarşı paralel təhqirin də yolverilməz olmasını söyləməsi bu işdə həqiqətən də haqq axtarışına zəmin ola bilərdi ki, təəssüf, qarşı tərəfdə bütün bunlar görünmür.
Təbii ki, zorakılıq heç bir halda haqq qazandırıla bilməz. Ancaq bu, günümüzdə ölkəmizdə anti-islam qüvvələrinin din əleyhinə istənilən alçaldıcı, təhqir dolu ifadələrin söylənilə biləcəyi anlamına gəlməməlidir. Düşüncə və hisslərin fərqli olduğu insan təfəkkürü bəzən insanı elə vəziyyətə gətirir ki, arzulanmayan addımı da ata bilir. Bunun üçün qarşı tərəf də sədləri, qırmızı xətləri aşmamalı, hər kəsin inancına və şəxsiyyətinə hörmətlə yanaşmalıdır.
Sırf bu hadisəyə gəlincə, dindarları qınamağa tələsənlərə isə hələlik rəsmi qurumların məsələ ilə bağlı araşdırmasını gözləmələri tövsiyə olunur.
Fürsətçiləri həqiqətənmi Çevikə qarşı zorakılıq narahat edir?