Avqustun 7-də azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayevin yenidən saxlanıldığı bildirilir.
Bu barədə sentyabrın 4-də fəalın yaxınları sosial mediada məlumat yayıblar.
Onlar Zamin Salayevin hazırda harada olduğunu dəqiqləşdirə bilmədiklərini deyiblər.
“Rəsmi şəkildə dəqiqləşdirə bilmədiyimiz iki məlumata görə, onu Salyanda saxlayaraq Bakıya aparıblar. Axşam saatlarında Zamin Salayev üç avtomobillə məhəlləsinə qədər təqib edilib.
O, bu gün saat 12 radələrində əvvəlcədən planlaşdırdığı avtomobil cəriməsi ilə bağlı məsələni həll etmək üçün rayon polis şöbəsinə gedib. Təxminən saat 14 radələrində onun saxlanıldığı barədə xəbər tutmuşuq. Bu vaxta qədər Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb. Rayon polis şöbəsi isə onun saxlanıldığını təkzib edir”, - deyə yaxınları bildiriblər.
Zamin Salayev avqustun 7-də 3 il 6 aylıq həbsdən sonra azadlığa çıxıb.
O, 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Salayev həmin il fevralın 7-də saxlanılmış və Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunmuşdu. AXCP fəalı ittihamı qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirdi.
Bu, Zamin Salayevin ilk həbsi deyildi. O, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Salayev 2022-ci il yanvarın 19-da, cəza müddətinin başa çatmasına bir neçə ay qalmış Amnistiya Aktı əsasında azadlığa buraxılmışdı.
AXCP Salyan Rayon Təşkilatının sədri Zamin Salayevin yenidən saxlanıldığı bildirilir