İsrail həbsxanalarında 370 fələstinli uşaq saxlanılır

Hazırda İsrail həbsxanalarında təxminən 370 fələstinli uşaq saxlanılır.

Bu barədə Fələstinli məhbusların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb.

Uşaqların əksəriyyəti Meqido və Ofer həbsxanalarında saxlanılır.

Təkcə 2026-cı ilin ilk yarısında İsrail qüvvələri 276 fələstinli uşağı saxlayıb

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ümumilikdə isə İsrail həbsxanalarında 9 400-dən çox günahsız fələstinli saxlanılır.

Qeyd edilib ki, həmin fələstinlilər heç bir ittiham irəli sürülmədən və məhkəmə qarşısına çıxarılmadan, açıqlanmayan “sübutlar” əsasında müddəti uzadıla bilən dövrlərlə həbsdə saxlanılırlar.

Fələstinli və beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə İsrail hakimiyyətini yetkinlik yaşına çatmayanlar da daxil olmaqla saxlanılan şəxsləri ağır şəraitdə saxlamaqda, həmçinin onları kifayət qədər qida və tibbi yardımla təmin etməməkdə ittiham ediblər.