İsrail Əl-Əqsa Şəhidləri xəstəxanasını hədəfə alıb

İsrail rejiminin ordusu Qəzzanın mərkəzində yerləşən Əl-Əqsa Şəhidləri xəstəxanasına endirilən hava zərbəsi zamanı Qəssamın komandirlərindən birinin hədəfə alındığını iddia edib.

Əl-Əqsa Şəhidləri xəstəxanasındakı mənbələr hava hücumundan bir neçə dəqiqə sonra xəstəxananın doğum şöbəsinin arxasında yerləşən dərman anbarının hədəfə alındığını bildiriblər.

Əl-Əqsa Şəhidləri xəstəxanasının direktoru “Əl-Cəzirə” telekanalına açıqlamasında deyib: “Beynəlxalq ictimaiyyətdən Qəzzada tibb müəssisələrinə qarşı İsrail rejiminin hücumlarının dayandırılması üçün müdaxilə etməsini xahiş edirik.”