Karakas OPEK-dən çıxmaq üçün müzakirələrə başlayıb

Venesuela OPEC-dən (Neft İxrac Edən Ölkələr Təşkilatı-red.) çıxmağı ciddi şəkildə nəzərdən keçirir.

Məlumatı Bloomberg mənbələrə istinadən yayıb. Onların sözlərinə görə, Karakas bu məsələni ABŞ rəsmiləri ilə müzakirə edib, lakin hələlik yekun qərar verilməyib.

Agentlik qeyd edib ki, Venesuelanın OPEC-dən mümkün çıxışı ABŞ və digər ölkələrdən olan beynəlxalq neft şirkətləri üçün ölkədə daha geniş iştiraka yol aça bilər.

Daha əvvəl Kanadanın "The Globe and Mail" qəzeti ABŞ prezidenti Donald Trampın təzyiqi altında Venesuelanın Birləşmiş Ərəb Əmirliklərinin ardınca OPEC-dən çıxa biləcəyi barədə məlumat vermişdi.