ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi Tehranla məhdudlaşmayaraq onun əsas ticarət tərəfdaşlarına da yönələrsə, Vaşinqton Çin, Rusiya, Hindistan və digər böyük iqtisadiyyatlarla daha geniş qarşıdurmaya sürüklənə bilər.
Tramp administrasiyası İrana qarşı “misli görünməmiş iqtisadi müharibə” siyasətini genişləndirmək qərarına gəlib və İranla ticarət edən ölkələri seçim qarşısında qoymaq niyyətindədir.
Lakin bu strategiya qarşıdurmanı İrandan kənara çıxararaq dünya iqtisadiyyatına sirayət edə bilər.
Məsələn Çin İran neftinin əsas alıcılarından biridir və bu ticarətdən imtina etməsi asan görünmür. Pekin Vaşinqtonun üçüncü ölkələrlə iqtisadi münasibətlərinə qərar verməsini qəbul etmir.
Hindistan, Rusiya, Türkiyə, İraq və Mərkəzi Asiya ölkələrinin də İranla müxtəlif iqtisadi əlaqələri var.
Buna görə İran məsələsi həmin ölkələr üçün həm də strateji müstəqillik sınağına çevrilir.
Bu arada İranın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyü qarşıdurmanın miqyasını daha da genişləndirir.
ABŞ bu təşkilatların üzvlərinə təzyiq göstərməklə faktiki olaraq çoxqütblü dünya düzəni ilə də toqquşa bilər.
Bununla yanaşı, enerji qiymətlərinin artması və inflyasiya təzyiqi ABŞ iqtisadiyyatına da əlavə yük yaradacaq.
Beləliklə, Vaşinqtonun strategiyasında ciddi paradoks yaranır: İranı təcrid etmək üçün daha böyük iqtisadi güclərlə qarşı-qarşıya gəlmək lazım gəlir.
Digər tərəfdən, təzyiqlər artdıqca ABŞ sanksiyalarına alternativ maliyyə və ticarət mexanizmlərinin inkişafı da sürətlənə bilər.
Bu baxımdan məsələ artıq yalnız İranın sanksiyalara nə qədər dözəcəyindən ibarət deyil. Amerika belə qaydasız hərəkətləri ilə daha çox özünə problem yaratmış olur.
Vaşinqton Çin, Rusiya və Hindistanla üz-üzə qala bilər