Avropanın dörd ən böyük dövlətinin rəhbəri İsrailə qarşı birləşdi

Almaniya, Böyük Britaniya, İtaliya və Fransa dövlət başçıları İsrailin Qüds yaxınlığındakı E-1 ərazisində yəhudi evlərinin tikintisi üçün tender elan etmək qərarına qarşı birgə bəyanat qəbul ediblər.

Bəyanatda bu qərar qəbuledilməz adlandırılıb, İsrail hökuməti dərhal bu planları ləğv etməyə və İordan çayının Qərb sahilində məskunlaşmaların genişləndirilməsini dayandırmağa çağırılıb: "İsrail hökumətinin E-1 məskunlaşma layihəsi çərçivəsində tikinti üçün tender elan etmək qərarı qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət uzun müddətdir ki, bu məskunlaşmaların genişləndirilməsinə qarşı çıxıb və həm şəxsi, həm də açıq şəkildə dərin narahatlıqlarını ifadə edib".

Həmçinin qeyd olunur ki, E-1 ərazisində məskunlaşma Qərb sahilinə xələl gətirdiyi və Fələstin ərazilərinin ərazi bütövlüyünü pozduğu üçün münaqişənin iki dövlətli həlli perspektivlərini sarsıdacaq: "Beynəlxalq hüquq Qərb sahilində İsrail məskunlaşmalarını açıq şəkildə qanunsuzluq kimi müəyyən edir. Beynəlxalq ictimaiyyətin bu mövqeyi BMT Təhlükəsizlik Şurası tərəfindən bir daha təsdiqlənib. Bu qərar "Qərb Şəriyədəki dərin qeyri-sabitlik, mülki əhaliyə qarşı görünməmiş səviyyədə məskunlaşma zorakılığı və Fələstin iqtisadiyyatına ciddi məhdudiyyətlər nəzərə alınmaqla daha da narahatedicidir.

İsrail hökumətini dərhal bu planları geri götürməyə və Qərb sahilində məskunlaşmaların genişləndirilməsini dayandırmağa çağırırıq. Onlar bizi yalnız sülhdən uzaqlaşdırmır, həm də İsrailin beynəlxalq mövqeyini sarsıdır".

Liderlər bildiriblər ki, şirkətlər tikinti tenderlərində iştirak etməyi düşünməməlidirlər: "Onlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasında iştirak etmək riski də daxil olmaqla, hüquqi və nüfuza mənfi təsirləri nəzərə almalıdırlar".